Bakıda naməlum şəxs 51 yaşlı kişini bıçaqladı

Hadisə
  • 20 fevral, 2020
  • 21:58
Bakıda naməlum şəxs 51 yaşlı kişini bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Türkan qəsəbəsində 1969-cu il təvəllüdlü Məmmədov İnqilab Balazahid oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

44 filmi