Bakıda bacısına bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Hadisə
  • 19 yanvar, 2023
  • 20:02
Bakıda bacısına bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakının Sabunçu rayonunda bacısına bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən 1992-ci təvəllüdlü Yasər Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.