Bakıda 27 yaşlı gənci bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda 27 yaşlı gənci bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır Bakıda vətəndaşı bıçaqlamaqda təqsirləndirilən Cəsarət Aslanının cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
Hadisə
18 Mart , 2022 08:22
Bakıda 27 yaşlı gənci bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda 27 yaşlı gənci bıçaqlamaqda təqsirləndirilən Cəsarət Aslanının cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

"Report" xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında Xətai rayonunda baş verib. Belə ki, 2 nömrəli Peşə Liseyinin yataqxanasının yaxınlığında C.Aslanlı 1995-ci il təvəllüdlü Fərman Əsədovu bıçaqlayıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdirilib, həkimlərin müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

C.Aslanlı saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi