Bakı Dəmiryol Vağzalında sərnişinin səhhətində problem yaranıb
Hadisə
- 06 oktyabr, 2022
- 04:50
Bakı Dəmiryolu Vağzalında sərnişinin səhhətində problem yaranıb.
“Report” xəbər verir ki, Sumqayıt-Xırdalan-Bakı qatarında sərnişinin dili qatlanıb.
Buna səbəb kimi qatarda sıxlığın olması və havalandırma sisteminin işləməməsi göstərilir.
Dəmiryol vağzalında həkim olmadığı üçün təcili tibbi yardımın əməkdaşları gələnədək xəstəyə polislər və digər sərnişinlər ilkin yardım göstərib.
Bir qədər sonra isə vətəndaşların və dəmir yolu rəsmilərinin iştirakı ilə insident olub. Sərnişinlər qatarların sayının az olmasına, eləcə də Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkət edən qatarda havalandırma sisteminin işləməməsinə etiraz edib. Dəmir yolu işçiləri isə problemin bu gün yarandığını və bununla bağlı araşdırma aparılacağını deyib.
Bakı Dəmiryol Vağzalında sərnişinin səhhətində problem yaranıb
Son xəbərlər
10:29
XİN başçısı: Təhsil Azərbaycanın beynəlxalq yardımının mühüm istiqamətinə çevrilib
Xarici siyasət10:28
"Bukovina" Azərbaycan millisinin hücumçusu Renat Dadaşovu transfer etdiyini açıqlayıb
Futbol10:27
Samir Vəliyev: "Energetika sahəsində islahatlar enerji təchizatının keyfiyyətini artırır"
Energetika10:26
DSMF: 8 ayda 100 minə yaxın şəxsə proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunub
Maliyyə10:19
Ceyhun Bayramov: Azərbaycan 2020-ci ildən etibarən beynəlxalq yardıma təxminən 400 milyon dollar yönəldib
Xarici siyasət10:17
Avstraliyada Ev Təsərrüfatlarının Enerji Yenilənməsi Fondu fəaliyyət göstərir
Energetika10:15
UNECE binaların dekarbonizasiyası üçün yeni çərçivə təlimatları hazırlayıb
İnfrastruktur10:10
Foto
Azərbaycan İdman Akademiyasında ekspert Ceyms Bidlin rəhbərliyi ilə dəyirmi masa keçirilib
Fərdi10:10