"Azərişığ"ın əməkdaşı Laçında minaya düşüb

"Azərişığ"ın əməkdaşı Laçında minaya düşüb "Azərişığ"ın əməkdaşı minaya düşərək xəsarət alıb.
Hadisə
22 Noyabr , 2021 21:46
Azərişığın əməkdaşı Laçında minaya düşüb
0 : 00
0 : 00

Laçın rayonunun Güləbird kəndi ərazisində “Azərişıq” ASC-nin əməkdaşı, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlunun xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Report"a Laçın Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Mahir Əbilovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı topuq nahiyəsindən aşağı travmatik amputasiya olunub.

Faktla bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır.

20:44

"Azərişığ"ın əməkdaşı minaya düşərək xəsarət alıb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə Laçın rayonunun Güləbird kəndi ərazisində qeydə alınıb.

Belə ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman piyada əleyhinə minaya düşüb.

Yaralının sağ ayağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi