Almaniyada qətlə yetirilən azərbaycanlının anım mərasimi keçirilib – FOTO

Almaniyada qətlə yetirilən azərbaycanlının anım mərasimi keçirilib – FOTO Mərasimdə həmçinin mərhumun xatirəsinə ehsan süfrəsi təşkil olunub. Yandırılan şamlar və güllər E.Arazovun qətlə yetirildiyi yerə düzülüb.
Hadisə
9 İyul , 2021 09:31
Almaniyada qətlə yetirilən azərbaycanlının anım mərasimi keçirilib – FOTO

Almaniyada qətlə yetirilən azərbaycanlı Elmir Arazovun anım mərasimi keçirilib.

“Report”un Avropa bürosunun məlumatına görə, Qreven şəhərində 35 yaşlı azərbaycanlı E.Arazovun (soyadı qeyri rəsmi olaraq Fərzəliyev kimi qeyd olunur) qətlə yetirildiyi yataqxananın qarşısında şəhər bələdiyyəsi tərəfindən təşkil olunan anım mərasimində Qreven Şəhər İcra Hakimiyyətinin başçısı Ditrix Aden, bələdiyyə nümayəndələri, şəhər sakinləri və ətraf şəhərlərdən həmyerlilərimiz iştirak edərək mərhum haqqında düşüncələrini, xatirələrini bölüşüblər.

Mərasimdə həmçinin mərhumun xatirəsinə ehsan süfrəsi təşkil olunub. Yandırılan şamlar və güllər E.Arazovun qətlə yetirildiyi yerə düzülüb.

Xatırladaq ki, bu il iyulun 4-də Almaniyanın Qreven şəhərində 35 yaşlı azərbaycanlı Elmir Arazov eyni yataqxanada yaşadığı 25 yaşlı Əfqanıstan vətəndaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Qətldə şübhəli bilinən Əfqanıstan vətəndaşı saxlanılıb.

Faktla bağlı Qreven Şəhər Prokurorluğu araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi