Ağdamda 20 hektarlıq meşə ərazisi yanıb
Hadisə
- 22 avqust, 2022
- 13:08
Ağdam rayonu, Cinli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verib.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Qarabağ Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.
Həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib.
Yanğın nəticəsində ümumilikdə açıq ərazidə təxminən 40 hektar sahədə kol-kos, quru ot və 20 hektar sahədə meşə ərazisi yanıb. Sıx meşəlik yanğından mühafizə olunub.
Ağdamda 20 hektarlıq meşə ərazisi yanıb
Son xəbərlər
20:06
"Turan Tovuz" - "Fənərbağça" matçının başlama saatı açıqlanıb, biletlər sabahdan satışa çıxarılacaq
Futbol20:02
Türkiyədə keçmiş MİT əməkdaşının ölümünə görə jurnalist həbs edilib
Region19:57
Vahid forma şagirdlərin diqqətini geyimə yox, tədrisə yönəldəcək - RƏY
Elm və təhsil19:50
Ruy Jorje: "Azərbaycanın U-20 millisinə yeni futbolçular cəlb etmək istəyirik"
Futbol19:44
Vens Trampın Zelenski ilə görüşündən sonra Ukrayna üzrə irəliləyişə ümid edir
Digər ölkələr19:39
Gürcüstan Azərbaycana avtomobillərin ehtiyat hissələri ixracını 60 % artırıb
Biznes19:29
Çempionlar Liqası: "Sabah"ın Bakıdakı dörd ev oyununa vahid biletlər satışa çıxarılıb
Futbol19:27
Aİ-də rusiyalı biznesmenlərə qarşı sanksiyaların uzadılması razılaşdırılır
Digər ölkələr19:22