"Zirə"nin kapitanı 2 həftəlik sıradan çıxıb
Futbol
- 12 iyul, 2019
- 10:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Sabah”la yoxlama oyunundan zədələnən “Zirə”nin futbolçusu Cavid Hüseynov 2 həftə yaşıl meydanlardan kənar qalacaq.
Bu barədə “Report”a komandanın baş məşqçisi Samir Abasov məlumat verib. Onun sözlərinə görə, 31 yaşlı yarımmüdafiəçinin ayaq barmağında çat aşkarlanıb. Kapitan iyulun 18-də “Keşlə” ilə yoxlama oyununu buraxacaq.
Oxşar zədə üzündən komanda ilə məşqlərə qatıla bilməyən cinah müdafiəçisi Tellur Mütəllimovun bərpa prosesi isə yekunlaşmaq üzrədir.
Qeyd edək ki, yay fasiləsində “Qəbələ”dən ayrılan Hüseynov “Zirə” ilə 2 illik müqavilə bağlayıb.
Son xəbərlər
13:52
Çavuşoğlu: Can Azərbaycanın şanlı qələbəsinin 6-cı ildönümü mübarək olsun
Xarici siyasət
13:43
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib
Xarici siyasət
13:38
Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Ekologiya
13:12
Foto
Səfərbərlik Xidmətinin şəxsi heyəti Zəfər Tağı abidəsini ziyarət edib
Hərbi
13:11
Rusiya klubunun futbolçusu Can Naibov Azərbaycanın U-21 millisinin düşərgəsinə qoşulub
Futbol
13:10
Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Region
13:04
"Mançester Siti" 122 ildən sonra qeyri-adi seriyanı təkrarlayıb
Futbol
12:52
Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib
Xarici siyasət
12:39
Ukrayna səfiri: Azərbaycanın Zəfər Günü ədalətin təntənəsini simvolizə edir
Xarici siyasət