Çavuşoğlu: Can Azərbaycanın şanlı qələbəsinin 6-cı ildönümü mübarək olsun

Xarici siyasət
  • 08 noyabr, 2026
  • 13:52
Çavuşoğlu: Can Azərbaycanın şanlı qələbəsinin 6-cı ildönümü mübarək olsun

Türkiyənin sabiq xarici işlər naziri, Böyük Millət Məclisinin (TBMM) üzvü Mövlud Çavuşoğlu 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

"Report" xəbər verir ki, Çavuşoğlu "X" sosial şəbəkə hesabında Azərbaycanın Qarabağı işğaldan azad etməsini qabardıb.

"Qarabağı işğaldan azad edərək tarixi bir dastan yazan Can Azərbaycanın şanlı qələbəsinin 6-cı ildönümü mübarək olsun!

Bu böyük qələbənin qəhrəmanlarını hörmət və minnətdarlıqla salamlayır, əziz şəhidlərimizi rəhmətlə anırıq.

Qələbələrin daim olsun, şanlı bayrağın azad torpaqlarında əbədi dalğalansın, Can Azərbaycan!" – o bildirib.