“Sautgempton”un yeni baş məşqçisi müəyyənləşib
Futbol
- 05 dekabr, 2018
- 13:10
Bakı. 5 dekabr. REPORT.AZ/ İngiltərə Premyer Liqasında çıxış edən “Sautgempton” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, bu posta Ralf Hasenhüttl təyin olunub. 51 yaşlı avstriyalı mütəxəssis uğursuz nəticələr səbəbi ilə istefaya göndərilən Mark Hyuzu əvəzləyib.
Yeni baş məşqçi vəzifəsinin icrasına dekabrın 6-da başlayacaq. R.Hasenhüttlün son iş yeri bu ilin mayında tərk etdiyi Almaniyanın “Leyptsiq” klubu olub.
Qeyd edək ki, “Sautgempton” 14 turdan sonra 9 xalla düşmə zonasında – 18-ci pillədə qərarlaşıb. Komanda bu gün növbəti tur çərçivəsində “Tottenhem”in qonağı olacaq.
Son xəbərlər
06:11
ABŞ İran neftini özünə qarşı istifadə edəcək, sanksiyanı bir aylıq ləğv edir
Digər ölkələr05:50
Çin rəqəmsal yuan şəbəkəsini genişləndirir
Digər ölkələr05:25
Cənubi Koreyada zavodda baş verən yanğında 10 nəfər ölüb
Digər ölkələr05:13
"NBC News": Tramp ABŞ qoşunlarının İrana məhdud şəkildə yerləşdirilməsi məsələsini nəzərdən keçirir
Digər ölkələr04:46
Foto
Azərbaycan səfirliyində minaların qalıqlarından hazırlanan kürəklə ağ qızılgül əkilib
Xarici siyasət04:18
Bundesver hərbçilərinin həyatı ilə oynayır
Digər ölkələr03:45
Panama kanalında tıxac yaranıb
Digər ölkələr03:17
Tramp: ABŞ-nin Hörmüz boğazına ehtiyacı yoxdur
Digər ölkələr02:52
Foto