Tanınmış baş məşqçi bir ildə iki klubdan qovularaq tarixə düşüb
Futbol
- 03 dekabr, 2018
- 13:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 dekabr. REPORT.AZ/ “Sautgempton” futbol komandasının baş məşqçisi postundan istefaya göndərilən Mark Hyuz İngiltərə Premyer Liqasının tarixinə düşüb.
“Report” football365.com saytına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis bir təqvim ilində 2 elita klubundan qovulan ilk baş məşqçi olub. Yanvarın 6-da “Stok Siti”dən göndərilən Hyuz bu gün “Sautgempton”da da eyni aqibətlə üzləşib.
Britaniyalı mütəxəssis hər iki halda uğursuz nəticələr səbəbi ilə istefaya göndərilib. “Sautgempton” 14 turdan sonra 9 xalla düşmə zonasında – 18-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Mark Hyuz əvəzləməyə ən real namizəd kimi Devid Moyes göstərilir.
Son xəbərlər
01:09
Mask ABŞ-də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub
Digər ölkələr
00:41
Parisin təkcə bir regionunda etirazlar zamanı dəyən ziyan 8,5 milyon avroya çatıb
Digər ölkələr
00:08
Monteneqro Aİ-yə üzvlük danışıqları çərçivəsində daha üç fəsli müvəqqəti bağlayıb
Digər ölkələr
23:46
Ər-Riyad üzərində husilərin atdığı raket ələ keçirilib
Digər ölkələr
23:14
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
Region
22:56
Video
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
Xarici siyasət
22:52
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub
Digər ölkələr
22:37
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
Fərdi
22:35
Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır
Region