İsveçrədə milyonçunun arvadı supermarketdən oğurluq edərkən tutulub
- 28 noyabr, 2026
- 05:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Belçikalı milyonçunun arvadı İsveçrədə mağazadan oğurluq edərkən tutulub.
"Report"un xəbərinə görə, bu barədə Belçikanın HLN nəşri məlumat verib.
Məlumata görə, soyadı açıqlanmayan belçikalı qadın 3,8 milyon avroluq sərvətinə baxmayaraq, çantasının içində təxminən 15 əşya götürərək, mağazadan çıxmağa cəhd edib. O, özünün kassasında ümumi dəyəri 366 avrodan çox olan bu əşyaları skan edə bilməyib və buna görə də onların pulunu ödəməyib.
Ayıq-sayıq təhlükəsizlik işçisi qadını marketdən çıxarkən saxlayıb polisə zəng edib. İş adamının həyat yoldaşı həbs edilib, polis onun avtomobilini və evini axtarıb. O, gecəni polis kamerasında keçirməyə məcbur olub və prokurorluq tərəfindən dindirildikdən sonra yalnız ertəsi gün sərbəst buraxılıb.
Qadın Cenevrə məhkəməsi tərəfindən təqsirkar bilinib, lakin hökmə etiraz edib. O, Federal Ali Məhkəməyə apelyasiya şikayəti verib.
Qadın müdafiə üçün oğurluq etmək niyyətində olmadığını iddia edib. O, sadəcə avtomaşınındakı bank kartını götürmək üçün qısa müddətə çölə çıxmaq istəyib. İddialara görə, saxladığı üç əşyanı rəflərə qoyub və çantasındakı on beş əşyanı "tamamilə unutduğunu" iddia edib.