Qurban Qurbanov və Lars Olsenin mətbuat konfranslarının vaxtı açıqlanıb

Qurban Qurbanov və Lars Olsenin mətbuat konfranslarının vaxtı açıqlanıb Bakı. 8 oktyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasının III turunda keçiriləcək Farer adaları – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.
Futbol
8 Oktyabr , 2018 18:43
Qurban Qurbanov və Lars Olsenin mətbuat konfranslarının vaxtı açıqlanıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasının III turunda keçiriləcək Farer adaları – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib. 

"Report" xəbər verir ki, hər iki komandanın baş məşqçilərinin mətbuat konfransları oktyabrın 10-u erkən saatlarda baş tutacaq.

Farer adaları milli komandasının baş məşqçisi Lars Olsen yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 13:00) jurnalistlərin qarşısına çıxacaq. Komandanın məşqi isə 10:30-da (Bakı vaxtı ilə 13:30) təşkil olunacaq. 

Qurban Qurbanovun mətbuat konfransı saat 12:00-da (Bakı vaxtı ilə 15:00), yığmanın açıq məşqi isə saat 12:30-da (Bakı vaxtı ilə 15:30) reallaşacaq. 

Qeyd edək ki, oktyabrın 11-də Torshavn şəhərindəki Torsvollur stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xatırladaq ki, Azərbaycan yığması Farer adalarına tranzit yolu ilə gedəcək.

Son xəbərlər

Orphus sistemi