"Qarabağ"ın rəqibi heyətlə bağlı problemlə üzləşib

"Qarabağ"ın rəqibi heyətlə bağlı problemlə üzləşib Bakı. 13 sentyabr. REPORT.AZ/ “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan İngiltərənin “Arsenal” klubu heyətlə bağlı ciddi problemlə üzləşib.
Futbol
13 Sentyabr , 2018 14:24
Qarabağın rəqibi heyətlə bağlı problemlə üzləşib
0 : 00
0 : 00

Bakı. 13 sentyabr. REPORT.AZ/ “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan İngiltərənin “Arsenal” klubu heyətlə bağlı ciddi problemlə üzləşib.

“Report” London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandanın 7 futbolçusu - Loran Koselni, Aleks İvobi, Karl Cenkinson, Lukas Torreyra, Enzli Meytlend-Naylz, Sead Kolaşinats və Pyer-Emerik Obameyanq zədəlidir. Bu səbəbdən baş məşqçisi Unay Emeri sentyabrın 15-də Premyer Liqanın V turunda “Nyukasl”la səfər görüş üçün heyəti müəyyənləşdirməkdə çətinlik çəkir.

Obameyanq əzələsində ağrılar hiss etdiyi üçün Qabon millisinin təlim-məşq toplanışını vaxtından əvvəl tərk edib. 29 yaşlı forvard “topçular”ın son məşqində fərdi şəkildə çalışıb. “Arsenal” klubunun həkim heyəti Uruqvay millisində zədələnən Torreyranı da həftəsonu keçiriləcək oyuna çatdırmağa çalışır.

Cenkinson, Meytlend-Naylz və Kolaşinats məşqlərə oktyabr ayında başlayacaq. Koselni fərdi məşqlərə başlasa da, komandaya sentyabrın sonunda qoşulacaq. İvobi isə xəstə olduğu üçün hazırlıq prosesindən kənar qalıb.

Qeyd edək ki, “Nyukasl” - “Arsenal” görüşü Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi