Liberiya prezidenti 51 yaşında Nigeriya yığması ilə yoldaşlıq görüşündə çıxış edib - VİDEO

Liberiya prezidenti 51 yaşında Nigeriya yığması ilə yoldaşlıq görüşündə çıxış edib - VİDEO Corc Vea 80-ci dəqiqəyədək oynayıb
Futbol
12 Sentyabr , 2018 12:43
Liberiya prezidenti 51 yaşında Nigeriya yığması ilə yoldaşlıq görüşündə çıxış edib - VİDEO
0 : 00
0 : 00

Bakı. 12 sentyabr. REPORT.AZ/ "Qızıl top"un keçmiş sahibi və Liberiyanın hazırkı prezidenti Corc Vea yoldaşlıq görüşündə iştirak edib.

“Report” “BBC Sport”a istinadən xəbər verir ki, oyun Liberiya və Nigeriya yığmaları arasında keçirilib. Görüş Veanın karyerasının böyük hissəsini keçirdiyi millidə 14 nömrəli formanın əbədiləşdirilməsi məqsədi ilə təşkil olunub. Hazırda 51 yaşı olan sabiq futbolçu meydana start heyətdə çıxıb və 80-ci dəqiqədə əvəzlənib. Görüş Nigeriyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Corc Vea peşəkar karyeası ərzində Fransanın "Monako", PSJ və "Marsel", İngiltərənin "Çelsi" və "Mançester Siti", həmçinin İtaliyanın "Milan" klublarfında çıxış edib. O, 1995-ci ildə Afrika tarixində ilk dəfə "Qızıl top" qazanıb. 2017-ci ilin dekabrında Vea Liberiyanın 25-ci prezidenti seçilib. 

Son xəbərlər

Orphus sistemi