KİV: "Yuventus" "Mançester Yunayted"in hücumçusu ilə razılıq əldə edib

KİV: "Yuventus" "Mançester Yunayted"in hücumçusu ilə razılıq əldə edib İtaliyanın Yuventus klubu İngiltərə Mançester Yunaytedinin futbolçusu Romelu Lukakunu heyətinə cəlb etmək istəyir.
Futbol
29 İyul , 2019 18:02
KİV: Yuventus Mançester Yunaytedin hücumçusu ilə razılıq əldə edib

İtaliyanın "Yuventus" klubu İngiltərə "Mançester Yunayted"inin futbolçusu Romelu Lukakunu heyətinə cəlb etmək istəyir.

"Report" "La Gazzetta Dello Sport"a istinadən xəbər verir ki, Turin təmsilçisi artıq 26 yaşlı hücumçu ilə razılıq əldə edib. "Yuventus" belçikalı forvadı Paulo Dibala ilə dəyişdirilməsi ehtimalını da nəzərdən keçirir.

Qeyd edək ki, Romelu Lukaku ilə İtaliyanın digər klubu "İnter" də yaxından maraqlanır. Milan təmsilçisinin onun üçün 75 milyon funt sterlinq (83,6 milyon avro) ödəməyə hazır olduğu bildirilib. Lukaku 2018/2019 mövsümündə bütün turnirlər daxil olmaqla 45 matçda 15 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Belçika millisinin də formasını geyinən futbolçunun "Mançester Yunayted"lə müqaviləsi 2022-ci ilin yayına kimi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi