Yuxarı

Futbol üzrə Rusiya Premyer Liqasında son turun görüşləri keçirilib

​Futbol üzrə Rusiya Premyer Liqasında son turun görüşləri keçirilib

Futbol üzrə Rusiya Premyer Liqasında son turun görüşləri keçirilib.

"Report"un məlumatına görə, "Krılya Sovetov" komandası Moskvada MOİK-in qonağı olub. Görüş meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev sonadək meydanda olsa da, komandasının ağır məğlubiyyətin qarşısını ala bilməyib.

Bu nəticədən sonra "Krılya Sovetov" 28 xalla 13-cü yeri tutub. Samara komandası Premyer Liqada yerini qorumaq üçün I Divizionda 4-cü olan "Nijni Novqorod"la keçid oyunlarında üz-üzə gələcək. Qarşılaşmalar mayın 30-da və iyunun 2-də keçiriləcək.

MOİK isə 51 xalla 4-cü yeri tutub və Avropa Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanıb. 49 xal yığan "Spartak" və 46 xal toplayan "Arsenal" isə bu yarışın təsnifat mərhələsində çıxış edəcəklər.

Evdə "Ufa"ya 1:0 hesabı ilə qalib gələn "Lokomotiv" 56 xalla 2-ci yeri tutub və çempion "Zenit"lə birgə Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanıb. "Krasnodar" da eyni hesabla "Rubin"i yenərək, xallarını 56-ya çatdırmasına baxmayaraq, Çempionlar Liqasında mübarizəyə təsnifat mərhələsindən başlayacaq.

Qeyd edək ki, "Zenit"ə səfərdə 1:4 hesabı ilə uduzan "Yenisey" 20 xalla sonuncu, "Ural"a evdə 0:2 hesabı ilə yenilən "Anji" isə 21 xalla 15-ci yeri tutaraq, Premyer Liqa ilə vidalaşıb. Onları I Divizionda ilk 2 yeri tutan "Tambov" və "Soçi" əvəzləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi