Bakıdakı finalın qalibi İtaliya klubuna keçir
Futbol
- 18 iyun, 2020
- 06:37
Pedro Rodriqes
İngiltərənin "Çelsi" klubunun futbolçusu Pedro Rodriges karyerasını İtaliyada davam etdirəcək.
"Report" "The Athletic"ə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu "Roma" klubuna keçəcək. İspaniyalı oyunçu London təmsilçisindən ayrılmaq niyyətindədir. Onun klubla müqaviləsi iyunun 30-da başa çatır.
Qeyd edək ki, Pedro Rodriges 2015-ci ildən "Çelsi"nin formasını geyinir. Pedro bu müddətdə 201 oyuna 43 qol və 28 məhsuldar ötürmə ilə yadda qalıb. O, "Çelsi" ilə İngiltərə Premyer Liqasının, FA Kubokunun və finalı 2019-cu ildə Bakıda keçirilmiş Avropa Liqasının qalibi olub. Hücumçu İspaniya yığmasının heyətində 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionu adını qazanıb.
Son xəbərlər
04:34
Serbiya XİN vətəndaşlarını İranı tərk etməyə çağırıb
Digər ölkələr04:20
Tramp bütün ölkələrdən idxala 10 % rüsum tətbiq olunması barədə fərman imzalayıb
Digər ölkələr03:51
"Axios": Pentaqon kütləvi istehsal üçün kamikadze dronlarının sınaqlarına başlayıb
Digər ölkələr03:13
KİV: Rusiyada "İsgəndər" raketinin istehsal edildiyi zavoda PUA hücumu olub
Digər ölkələr02:42
ABŞ Serbiyanın NIS şirkətinin lisenziyasının müddətini martın 20-nə kimi uzadıb
Digər ölkələr02:14
KİV: İsrailin hücumlarında "Hizbullah"ın azı 12 üzvü öldürülüb
Digər ölkələr01:45
Qızıl yenidən bahalaşır
Maliyyə01:27
Almaniyada təxminən 30 min iş yerinin ixtisarı gözlənilir
Digər ölkələr00:56