Azərbaycan Premyer Liqasında III tura Qəbələdə start veriləcək

Azərbaycan Premyer Liqasında III tura Qəbələdə start veriləcək Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.
Futbol
31 Avqust , 2019 07:30
Azərbaycan Premyer Liqasında III tura Qəbələdə start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Açılış matçı Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası "Keşlə"ni qəbul edəcək. 

İlk iki turdan sonra paytaxt təmsilçisinin üç, əyalət klubunun isə sıfır xalı var. Komandalar çempionatda yubiley - 45-ci matçlarını keçirəcək. 44 oyunun 13-də "Qəbələ", 14-də isə "Keşlə" meydanı 3 xalla tərk edib. 17 qarşılaşmada qalib müəyyənləşməyib. Topların fərqində də "Keşlə" üstündür - 54:45. Paytaxt klubu rəqibinə qarşı son 15 oyunda qələbə qazana bilməyib. Bu duellərdə vurulacaq növbəti qol 100-cü olacaq.

Günün digər qarşılaşmasında "Zirə" "Sabah"ı qəbul edəcək. Meydan sahibləri iki turdan sonra 3, "Sabah" isə 1 xal qazana bilib. Komandalar Premyer Liqada yalnız ötən mövsüm qarşılaşıblar. 4 matçdan 3-də "Sabah", birində isə "Zirə" qələbə qazana bilib. Qonaqlar hər iki səfər matçında eyni – 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, III turda keçiriləcək "Neftçi" - "Sumqayıt" və "Səbail" - "Qarabağ" matçları sentyabrın 1-də olacaq. 

31 avqust (şənbə)

18:30. “Qəbələ” – “Keşlə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Eldəniz Musayev

Qəbələ şəhər stadionu


20:30. “Zirə” – “Sabah”

Hakimlər: Rövşən Rəcəbov, Mübariz Haşımov, Rahil Ramazanov, Rəşad Əhmədov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Seymur Səlimli

Zirə İdman Kompleksinin stadionu

Son xəbərlər

Orphus sistemi