UEFA "Qarabağ"ın rəqibini cərimələyib
Futbol
- 22 noyabr, 2025
- 13:47
"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində üz-üzə gələcəyi Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu cərimələnib.
"Report" xəbər verir ki, bu barədə Avropa futbol qurumu qərar çıxarıb.
Buna Frankfurt təmsilçisinin evdə İngiltərənin "Liverpul" komandasına uduzduğu matçda yaşananlar səbəb olub.
Bundesliqa klubu ümumilikdə 39250 avro ödəməli olacaq. "Ayntraxt" sözügedən qarşılaşmada ictimai keçidlərin bağlanmasına görə 11000, pirotexniki vasitələrdən istifadəyə görə 10750, idman tədbirinə uyğun olmayan mesajların ötürülməsinə görə 17500 avro ziyana düşüb.
Qeyd edək ki, qarşılaşma Frankfurt klubunun 1:5 hesablı məğlubiyyəti ilə bitib. Almaniya komandası "Qarabağ"la 2026-cı il, yanvarın 21-də Bakıda üz-üzə gələcək.
Son xəbərlər
12:09
Foto
TDT müsəlman dini idarə rəhbərləri Ağdam Cümə Məscidində olublar
Din12:07
Foto
Xamis Seyranov Milli Biznesin İnkişafı Forumunun Xüsusi Sessiyasına qatılıb
Biznes12:05
"Azərkimya" gələn il "Azerfloat"a hidrogen satışına başlayacaq
Energetika12:05
Azərbaycanın 19 yaşadək qız futbolçulardan ibarət millisi Moldovaya növbəti dəfə məğlub olub
Futbol12:04
Azərbaycanda "Point Brower D" markalı gəmi 115 min manata özəlləşdirilib
Biznes11:59
Foto
Video
"Auto Import Baku" yeni ofisini istifadəyə verdi - Şirkət fəaliyyətində yeni mərhələyə qədəm qoyur
Sosial müdafiə11:56
Kubanıçbek Ömüralıyev: "TDT-də loqistika, nəqliyyat, investisiya sahələrinə xüsusi diqqət yetirilir"
Biznes11:56
Elnur Məmmədli: "Azərkimya"da təmir-tikinti işlərinə gələn ildən başlanılacaq
Energetika11:49
Foto