"Real"ın kapitanı cari mövsümün sonunda komandadan ayrıla bilər
Futbol
- 09 fevral, 2026
- 22:42
İspaniyanın "Real" klubunun kapitanı Daniel Karvahal cari mövsümün sonunda komandadan ayrıla bilər.
"Report" "The Athletic" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisinin rəhbərliyi 34 yaşlı müdafiəçinin müqavilə müddətinin uzadılması ilə bağlı hələ yekun qərar verməyib.
Klub artıq mümkün gedişi nəzərə alaraq, onun mövqeyinə alternativ oyunçu variantlarını dəyərləndirməyə başlayıb.
Qeyd edək ki, Karvahal 2013-cü ildən etibarən "Real"ın formasını geyinir. Onun klubla mövcud müqaviləsi 2025/2026 mövsümünün sonuna qədər qüvvədədir. Futbolçu bu mövsüm 10 oyunda iştirak etsə də, qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.
"Transfermarkt" portalı futbolçunun transfer dəyərini 7 milyon avro olaraq qiymətləndirir.
Son xəbərlər
12:07
Bakıda kompensasiyaların verilməsində differensial yanaşmanın tətbiqi təklif olunub
İnfrastruktur12:06
Yevlaxda iki yaşlı uşaq su kanalına düşərək ölüb
Hadisə12:03
Tərtərdə qadın doğuş zamanı ölüb
Hadisə12:02
Foto
"Baku Steel Company" 2025-ci ildə ABŞ və Avropaya ixracını artırıb
Biznes12:02
Fərrux Mahmudov: "Bolqarıstana məğlubiyyət gələcək qələbələrin başlanğıcıdır"
Komanda12:00
Azərbaycan xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad ölkə statusu alıb
Sağlamlıq11:58
İraqda qəzaya uğrayan ABŞ təyyarəsinin göyərtəsində 5 nəfər olub – YENİLƏNİB
Digər ölkələr11:49
Hörmüz boğazının bağlanması Fars körfəzi ölkələrinə 15,1 milyard dollar zərər vurub
Energetika11:47