Qazaxıstan millisinin 9 futbolçusu Azərbaycanla oyunu buraxa bilər

Qazaxıstan millisinin 9 futbolçusu Azərbaycanla oyunu buraxa bilər Futbol üzrə Qazaxıstan seçməsi iyunda Azərbaycan və Slovakiya yığmalarına qarşı keçirəcəyi UEFA Millətlər Liqasının qrup oyunlarına ciddi itkilərlə çıxacaq
Futbol
112
12 May , 2022 15:35
Qazaxıstan millisinin 9 futbolçusu Azərbaycanla oyunu buraxa bilər

Futbol üzrə Qazaxıstan seçməsi iyunda Azərbaycan və Slovakiya yığmalarına qarşı UEFA Millətlər Liqasının qrup oyunlarına ciddi itkilərlə çıxacaq.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, komandanın 9 aparıcı üzvü ilk iki tur matçlarını buraxa bilər.

Rusiyanın MOİK klubunda çıxış edən Baktiyar Zaynutdinov qasıq nahiyəsində zədədən əziyyət çəkir. Çox güman ki, 24 yaşlı yarımmüdafiəçi növbəti dəfə əməliyyat olunacaq və ən azı iyulun sonunadək yaşıl meydanlardan kənarda qalacaq.

Bərpa prosesi keçən Yuri Loqvinenko və Serikjan Mujikovun da meydana çıxmaları sual altındadır. Nizam-intizam probleminə görə əsas komandadan kənarlaşdırılmış İslambak Kuatın yenidən düşərgəyə çağırılmaq ehtimalı azdır.

Bauırjan İslamxan və Ruslan Valiullin dopinq səbəbindən, müvafiq olaraq, 2022-ci ilin sonuna və 2023-cü ilin sentyabrınadək diskvalifikasiya olunublar. Qeyri-rəsmi məlumata görə, martda Moldova ilə UEFA Millətlər Liqasının pley-off mərhələsinin oyunları öncəsi dopinq-testdən keçə bilməyən Aybol Abikeni də belə bir cəza gözləyir. Onun taleyinə tezliklə aydınlıq gələcək.

Abzal Beysebekov və Aleksandr Maroçkin isə zədə üzündən mövsümün son oyunlarını buraxıblar və hazırda fiziki baxımdan optimal formada deyillər.

Qeyd edək ki, Qazaxıstan millisi iyunun 3-də Azərbaycanı qəbul edəcək, 3 gün sonra isə Slovakiyanın qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi