Florian Zenqstşmid: "Qarabağ ölkənin turizm məhsullarına əlavə dəyər qatır"
- 30 oktyabr, 2026
- 14:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Qarabağın turizm potensialı çox böyükdür və bu region Azərbaycanın mövcud turizm məhsullarına əlavə dəyər qatır.
Bu barədə "Report"a müsahibəsində Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədri Florian Zenqstşmid bildirib.
Onun sözlərinə görə, ATB ölkəni turizm istiqaməti kimi təqdim edərkən, zəngin təbii resursları və unikal mədəni irsi ilə Qarabağı da xüsusi vurğulayır: "Qarabağ həm qlobal miqyasda, həm də Asiya-Sakit Okean regionunda ölkəmizin turizm təbliğatının mühüm tərkib hissəsidir. Bu bölgənin turizm potensialı çox böyükdür və o, Azərbaycanın mövcud turizm məhsullarına əlavə dəyər qatır. Məsələn, mədəniyyət beşiyi olan Şuşanı qeyd etmək kifayətdir. İsa bulağı, möhtəşəm dağlar və mənzərələr bölgədə yürüş, təbiət və qış idman növlərinin inkişafı üçün əlverişli imkanlar yaradır".
F.Zenqstşmid vurğulayıb ki, Qarabağ irs, mədəniyyət, qastronomiya və şərab turizmi baxımından da böyük müxtəlifliyə malikdir: "Bütün bunlar Azərbaycanın mövcud turizm təcrübələrini zənginləşdirir və ölkənin turizm məhsulunu daha cəlbedici edir".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.