Dünya çempionatı: Djioyev finalda, Meşvildişvili bürünc medal uğrunda yarışacaq - Yenilənib-2

Fərdi
  • 30 oktyabr, 2026
  • 16:28
Dünya çempionatı: Djioyev finalda, Meşvildişvili bürünc medal uğrunda yarışacaq - Yenilənib-2

Azərbaycan sərbəst güləşçisi Giorgi Meşvildişvili (125 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bürünc medal uğrunda güləşəcək.

"Report" xəbər verir ki, o, yarımfinalda rusiyalı Abdulla Kurbanova 0:5 hesabı ilə məğlub olub.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.

Azərbaycan sərbəst güləşçisi Arseniy Djioyev (86 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, idmançı yarımfinalda gürcüstanlı Vladimir Qamkrelidzeni məğlub edib.

A.Djioyev finalda Kayl Deyklə (ABŞ) üz-üzə gələcək.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.

Azərbaycanın iki sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, Arseniy Djioyev (86 kq) və Giorgi Meşvildişvili (125 kq) buna nail olublar.

A.Djioyev 1/4 finalda Yunanıstan təmsilçisi Georgios Kuqiumtsidisi məğlub edib. G.Meşvildişvili eyni raundda Türkiyə idmançısı Hakan Büyükçınqıldan üstün olub.

Nurəddin Novruzov 1/8 finalda qazaxıstanlı Asıl Aytakına, Kənan Heybətov 1/4 finalda ABŞ-dən olan Zein Rizerforda uduzub.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.

44 filmi