Azərbaycan Basketbol Liqasında I turun təxirə salınmış bir oyunu bu gün keçiriləcək

Komanda
  • 21 noyabr, 2026
  • 09:34
Azərbaycan Basketbol Liqasında I turun təxirə salınmış bir oyunu bu gün keçiriləcək

Azərbaycan Basketbol Liqasında I turun təxirə salınmış bir oyunu bu gün keçiriləcək.

"Report"un məlumatına görə, "Sabah" "Gəncə" ilə üz-üzə gələcək.

Görüş Bakı İdman Sarayında saat 14:30-da start götürəcək.

"Sabah" turnir cədvəlində 11 xalla 1-ci pillədə yer alıb. Gəncə təmsilçisi isə 8 xalla altıncıdır.

Qeyd edək ki, I turun təxirə salınmış digər iki matçı noyabrın 22-də keçiriləcək.