Qaret Sautqeyt: Azarkeşləri evlərinə xoşbəxt yola salmaq üçün bir neçə qol vurmaq istərdik

Qaret Sautqeyt: Azarkeşləri evlərinə xoşbəxt yola salmaq üçün bir neçə qol vurmaq istərdik Əlbəttə, azarkeşləri evlərinə xoşbəxt yola salmaq üçün bir neçə qol vurmaq istərdik.
Futbol
26 İyun , 2024 03:07
Qaret Sautqeyt: Azarkeşləri evlərinə xoşbəxt yola salmaq üçün bir neçə qol vurmaq istərdik

Əlbəttə, azarkeşləri evlərinə xoşbəxt yola salmaq üçün bir neçə qol vurmaq istərdik.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin sonuncu turunda qarşılaşdıqları Sloveniya ilə matçdan sonra mətbuat konfransında deyib.

Mütəxəssis futbolçularla fəxr etdiyini bildirib: "İkinci hissədə oyuna nəzarət etdik, bir neçə qol vəziyyəti yaratdıq. Təəssüf ki, bundan istifadə edə bilmədik. Lakin müdafiənin möhkəmliyini də qoruduq. Gördüklərimdən çox razıyam. Qrup lideri olmaqdan məmnunuq".

Qeyd edək ki, İngiltərə - Sloveniya matçı 0:0 hesabı ilə yekunlaşıb. Q.Sautqeytin rəhbərlik etdiyi kollektiv qrup lideri kimi 1/8 finala yüksəlib.

Son xəbərlər

Orphus sistemi