"Qarabağ"ın legioneri: "Vilyarreal"la oyunun keçirilməsini vacib saymıram"

"Qarabağ"ın legioneri: "Vilyarreal"la oyunun keçirilməsini vacib saymıram" "Xəstəliyi tamamilə simptomsuz keçirdim. Həqiqətən xüsusi nəsə hiss etmədim. Nə yaxşı ki, son testim də mənfi oldu".
Futbol
15 Dekabr , 2020 14:22
Qarabağın legioneri: Vilyarrealla oyunun keçirilməsini vacib saymıram
Kevin Medina

"Xəstəliyi tamamilə simptomsuz keçirdim. Həqiqətən xüsusi nə isə hiss etmədim. Nə yaxşı ki, son testim də mənfi oldu".

Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın futbolçusu Kevin Medina deyib.

27 yaşlı müdafiəçi hazırda karantində olduğunu bildirib: "Məşqlərə başlamaq üçün bir neçə gün lazımdır. Ümid edirəm ki, ən qısa müddətdə komanda ilə hazırlıqlara qoşulacağam".

Kolumbiyalı oyunçu "Koronavirus pandemiyasının çox artdığı dönəmdə Azərbaycan Premyer Liqası davam etməlidirmi" suala bu cür cavab verib: "Futbolu çox sevirəm. Amma hazırkı dönəmdə yaşadığımız problemin fərqində olmalıyıq".

Medina İspaniya "Vilyarreal"ı ilə koronavirusa görə baş tutmayan Avropa Liqasının qrup mərhələsinin VI tur matçının taleyi barədə isə bunları söyləyib: "Onsuz da qrupumuzda "Vilyarreal"la yanaşı İsrailin "Makkabi" (Təl-Əviv) komandası növbəti mərhələyə vəsiqə qazanıb. Ona görə də bu matçı oynamağın vacib olduğunu düşünmürəm".

Qeyd edək ki, "Vilyarreal" - "Qarabağ" matçı dekabrın 10-da keçirilməli idi. Lakin Azərbaycan komandası heyətindəki 23 futbolçudan 13-ü koronavirusa yoluxduğu və zədəli olduğu üçün İspaniyaya yollanmayıb.

Son xəbərlər

Orphus sistemi