"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
Futbol
- 02 iyul, 2025
- 17:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib.
"Report" Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu post Maksim Medvedevə tapşırılıb.
Rəhbərlik onun uzun müddət kluba göstərdiyi xidməti və son bir ildə U-14 komandasında məşqçi kimi fəaliyyətini nəzərə alaraq, əvəzedici komandanın baş məşqçisi vəzifəsinə təyin etmək qərarına gəlib.
Futbolçu karyerasını bütünlüklə “Qarabağ”a həsr edən 35 yaşlı mütəxəssis son bir ili U-14 komandasının məşqçisi kimi keçirib.
Qeyd edək ki, “Qarabağ” akademiyasının yetirməsi olan Maksim Medvedev 2006-2024-cü illərdə əsas komandanın formasını geyinib. O, “Qarabağ”ın heyətində ən çox oyun keçirən futbolçudur.
Son xəbərlər
18:52
Elnur Cahangirov: "Həndbol çempionatımızın olmaması avrokuboklardakı nəticələrə təsir göstərir"
Komanda
18:42
Serbiyanın NIS şirkəti ABŞ-dən lisenziya müddətini uzatmağı xahiş edib
Digər ölkələr
18:32
Türkiyədə avtomobil su kanalına aşıb, 6 nəfər ölüb
Region
18:30
Foto
EHF Avropa Kuboku: "Kür" komandası mübarizəni dayandırıb
Komanda
18:29
Foto
"Fars": Hörmüzdə neft tankerində partlayış baş verib
Region
18:25
Premyer Liqa: "Kəpəz" "Şəfa"nı məğlub edib
Futbol
18:17
"Volkswagen" daha 10 mindən çox işçisini ixtisar etməyə hazırlaşır
Digər ölkələr
18:06
Monqolustan Prezidenti ilk dəfə Belarusa səfər edəcək
Region
18:02
Latviya ərazisində PUA qalıqları aşkarlanıb
Digər ölkələr