“Neftçi”nin sabiq futbolçusu Avropanın tanınmış klubundan təklif alıb

“Neftçi”nin sabiq futbolçusu Avropanın tanınmış klubundan təklif alıb “Neftçi”nin sabiq futbolçusu Mateus Saldanya Avropanın tanınmış klubundan təklif alıb.
Futbol
20 Yanvar , 2024 15:32
“Neftçi”nin sabiq futbolçusu Avropanın tanınmış klubundan təklif alıb

“Neftçi”nin sabiq futbolçusu Mateus Saldanya Avropanın tanınmış klubundan təklif alıb.

“Report”un Braziliya mətbuatına istinadən məlumatına görə, Serbiyanın “Partizan” klubunun hücumçusu İspaniya təmsilçisi “Sevilya”nın maraq dairəsinə düşüb.

Uğursuz mövsüm keçirən Əndəlüs komandası hücum xəttini braziliyalı ilə gücləndirmək niyyətindədir. La Liqa klubunun Saldanya uğrunda mübarizədə əsas rəqibləri İtaliya “Torino”su və Türkiyə “Fənərbağça”sı hesab edilir.

“Sevilya” rəhbərliyi transferlə bağlı “Partizan”a artıq rəsmi təklif göndərib. İspanlar onu mövsümün sonuna qədər icarəyə götürmək və yayda birdəfəlik transfer etmək fikrindədirlər. Serblər isə hücumçunu 10 milyon avroya satmağı planlaşdırırlar.

Qeyd edək ki, Mateus Saldanya bu mövsüm “Partizan”ın heyətində keçirdiyi 23 oyunda 15 qol vurub, 5 məhsuldar ötürmə verib. Onun Serbiya komandası ilə müqavilə müddəti 2027-ci ilə qədərdir. Saldanya 2022/2023 mövsümünün ikinci yarısını icarə əsasında “Neftçi”də keçirib.

Son xəbərlər

Orphus sistemi