Millətlər Liqası: Portuqaliya yığması Polşanı məğlub edib

Millətlər Liqası: Portuqaliya yığması Polşanı məğlub edib Portuqaliya millisi Millətlər Liqasının qrup mərhələsinin üçüncü turunda Polşa milli komandasını məğlub edib.
Futbol
13 Oktyabr , 2024 01:14
 Millətlər Liqası: Portuqaliya yığması Polşanı məğlub edib

Portuqaliya millisi Millətlər Liqasının qrup mərhələsinin üçüncü turunda Polşa seçməsini məğlub edib.

“Report” xəbər verir ki, Varşavada keçirilən görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissədə portuqaliyalılar rəqibi iki dəfə məyus ediblər. Bernardu Silva 26-cı, Kriştianu Ronaldu isə 37-ci dəqiqədə fərqləniblər. Polşalıların heyətində 78-ci dəqiqədə Pyotr Zelinski qol vurub. Yan Bednarek isə 88-ci dəqiqədə avtoqol müəllifi olub.

Portuqaliya və Polşa Xorvatiya və Şotlandiya milli komandaları ilə birlikdə 3-cü qrupda A Liqasında çıxış edirlər.

Portuqaliya yığması qrupda 9 xalla liderdir. Hesabında 3 xal olan Polşa üçüncüdür.

Portuqaliya yığması IV turda səfərdə Şotlandiya millisi ilə oynayacaq. Matç oktyabrın 15-də keçiriləcək. Polşa isə həmin gün Xorvatiya ilə evdə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi