Mbappe Ronaldunun "Real"dakı tarixi rekorduna yaxınlaşıb
Futbol
- 15 dekabr, 2025
- 05:16
Fransalı hücumçu Kilian Mbappe cari ildə "Real"ın heyətində 56-cı qolunu vurub.
"Report" xəbər verir ki, futbolçu İspaniya La Liqasının XVI turunda "Alaves" üzərində 2:1 hesablı qələbə qazandıqları oyunda fərqlənib.
Beləliklə, Mbappe Kriştianu Ronaldunun bir təqvim ilində "Real"ın heyətində bütün zamanların rekorduna 3 qola qədər yaxınlaşıb. Xatırladaq ki, 2013-cü ildə portuqaliyalı 59 qol vurub.
"Real"ın 2025-ci ilin sonuna qədər hələ iki oyunu qalıb. Madrid təmsilçisi Kral Kubokunda "Talavera" və İspaniya La Liqasında "Sevilya" ilə qarşılaşacaq.
Mbappe "Real"da 2024-cü ildən oynayır. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilə qədərdir. Fransalı cari mövsümdə bütün yarışlarda 25 oyun keçirib, 27 qol vurub və 4 məhsuldar ötürmə edib.
Son xəbərlər
16:07
Azərbaycan noutbuk istehsalını ötən il 4 %-ə yaxın artırıb
İKT16:07
Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
Sağlamlıq16:04
"Mingəçevir"lə anlaşan Amil Yunanov: "Şəfa"da baş məşqçi mənə şans vermirdi"
Futbol16:01
Foto
AQTA sədri Sumqayıtda vətəndaşları qəbul edib
Sağlamlıq15:53
Foto
Səfərbərlik Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib
Daxili siyasət15:49
Foto
Leyla Əliyeva Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub
Xarici siyasət15:47
Trampın dəvətinə cavab olaraq Özbəkistan Qəzza üzrə Sülh Şurasına qoşulmağa hazır olduğunu bildirib
Region15:46
Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma 3 % artıb
İnfrastruktur15:46