"Makkabi" ilə səfər matçını izləmək üçün "Sabah"ın 30 azarkeşi qeydiyyatdan keçib

"Makkabi" ilə səfər matçını izləmək üçün "Sabah"ın 30 azarkeşi qeydiyyatdan keçib UEFA Konfrans Liqasının II təsnifat mərhələsinda "Makkabi" (Hayfa) ilə qarşılaşacaq "Sabah" klubunun 30-a yaxın azarkeşi səfər oyununu izləmək üçün qeydiyyatdan keçib.
Futbol
19 İyul , 2024 18:43
Makkabi ilə səfər matçını izləmək üçün Sabahın 30 azarkeşi qeydiyyatdan keçib

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Makkabi" (Hayfa) ilə qarşılaşacaq "Sabah" klubunun 30-a yaxın azarkeşi səfər oyununu izləmək üçün qeydiyyatdan keçib.

Bu barədə "Report"a paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Klub rəsmisi Macarıstanda keçiriləcək matçda "bayquşlar"ın dəstəksiz qalmayacağını söyləyib:

"Qarşılaşmanın baş tutacağı "Varkert" stadionunun tutumu 2700 yerlikdir. UEFA-nın qaydalarına əsasən, qonaq komanda üçün stadionun ümumi tutumunun 5 faizi qədər yer ayrılmalıdır ki, bu da təxminən 140 yer edir. Rəsmi səhifələrimiz vasitəsilə Avropada yaşayan azərbaycanlıların oyunu izləməsi üçün bilet və gediş-dönüş üçün avtobus ayrılması ilə bağlı məlumat paylaşmışıq. Bu günə kimi 30-a yaxın şəxs qeydiyyatdan keçib. Oyun saatına kimi bu sayın artmaq ehtimalı var".

Qeyd edək ki, "Sabah" klubu "Makkabi" (Hayfa) ilə keçirəcəyi matçı canlı izləmək istəyən azarkeşlərə gediş və qayıdış üçün avtobuslar təşkil edəcək. Görüşə getmək istəyən azarkeşlər avtobusla yanaşı, biletlə də təmin olunacaqlar. İyulun 25-də keçiriləcək "Makkabi" - "Sabah" matçının start fiti saat 19:00-da səslənəcək.

Son xəbərlər

Orphus sistemi