Luka Modriç Çempionlar Liqasının final oyunu barədə danışıb
Futbol
- 31 may, 2024
- 17:47
İspaniyanın "Real" (Madrid) klubunun futbolçusu Luka Modriç UEFA Çempionlar Liqasının final görüşündə üz-üzə gələcəkləri Almaniya təmsilçisi "Borussiya" (Dortmund) ilə matç barədə fikirlərini bölüşüb.
"Report" AS nəşrinə istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi hər iki komandanın şanslarının eyni olduğunu bildirib: "Hər kəs bizi oyunun favoriti hesab edir. Düşünürəm ki, bu belə deyil. "Borussiya" cari mövsümü çox yüksək səviyyədə keçirib və onlar bizə finalda çətinlik yarada bilərlər. Şansları 50-nin 50-yə hesab edirəm. Bununla belə, diqqətli oyun sərgiləyib, görüşün qalibi olmaq istəyirik".
Qeyd edək ki, İngiltərənin London şəhərindəki "Uembli" stadionunda keçiriləcək final matçı iyunun 1-də, saat 23:00-da start götürəcək.
Son xəbərlər
10:31
Ali Məhkəmə borc münasibətlərinə daxil olarkən nələrə diqqət edilməli olduğunu açıqlayıb
Hadisə10:23
Bodrumda qanunsuz miqrantları daşıyan qayıq batıb, 11 nəfər ölüb
Region10:22
İranın İsrailə endirdiyi zərbə nəticəsində azı 14 nəfər yaralanıb
Digər ölkələr10:12
Anar Eminov: Aprel döyüşləri böyük Zəfərimizə gedən yolun təməlini qoydu
Qarabağ10:11
MİQ-ə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib
Elm və təhsil10:11
ING 2026-cı il üçün Azərbaycanın cari əməliyyatlar hesabının profisiti üzrə gözləntilərini artırıb
Maliyyə10:08
Lionel Messinin qol vurduğu milli komandaların sayı 40-a çatıb
Futbol10:05
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub
Daxili siyasət09:58