“Liverpul”un baş məşqçisi Arne Slot “Real"ın cinah müdafiəçisi Trent Aleksander-Arnoldu transfer etmək cəhdlərinin asan başa gəlməyəcəyini bildirib və buna nümunə olaraq “Kral klubu”nun “qırmızılar”ın əfsanəvi kapitanı Stiven Cerrardı Mersisayddan Madridə gətirmək cəhdlərinin uğursuzluğunu göstərib.
“Report”
“Bir oyunçu (Cerrard – red.) var idi, onu həqiqətən də istəyirdilər, lakin o getmədi. Onu məndən yaxşı tanıyırsınız. Bax, belə alındı”, – Slot vurğulayıb.
“Liverpul”un keçmiş yarımmüdafiəçisi Stiven Cerrard illər öncə “Real” və “Çelsi”nin hədəfində olsa da, ingiltərəli futbolçu uşaqlıq komandasına sadiq qalmağı seçmişdi.
“Real” və “Çelsi”dən təkliflərim olub, lakin mənim ürəyim həmişə “Liverpul”la olub. Heç vaxt qərarımdan peşman olmamışam. Keçmişə qayıda bilsəm, eynisini təkrarlayaram”, – hazırda Səudiyyə Ərəbistanının “Əl-İttifaq” komandasını çalışdıran Stiven Cerrard ötən il yerli
Eyni zamanda, Slot Aleksander-Arnoldun, eləcə də müqavilələrinin müddəti gələn yay başa çatan Məhəmməd Salah və Vircil van Deyklə bağlı transfer şayiələrinin diqqəti yayındıran amil olmadığını söyləyib.
“Bunlar hamısı “əgər, əgər, əgər”dir. Mənim cavabım – o, bizimlə birgədir və bütün diqqəti bizimlədir”, – o, cinah müdafiəçisinin mümkün keçidini şərh edib.
“Bunu siz “Vest Hem” ilə oyunda və əvvəlki oyunlarda gördünüz”, – o əlavə edib.
Qeyd edək ki, mövsümün ilk yarısında yüksək nəticələr əldə edən “Liverpul” istər yerli çempionatda, istərsə də Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində şəriksiz liderdir. Bundan başqa, ÇL-də maksimum nəticə əldə edən Arne Slotun yetirmələri “Real” üzərində inamlı qələbə qazanıblar.