İngiltərə Premyer Liqasının XIX turunda “Vest Hem” “Liverpul”u qəbul edib.
“Report” xəbər verir ki, baş hakim Entoni Teylorun idarə etdiyi matç “London Stedium”da baş tutub.
Matç “qırmızılar”ın böyükhesablı qələbəsi ilə başa çatıb - 5:0. Oyunda qolları Luis Dias (30), Kodi Qakpo (40), Məhəmməd Salah (44), Trent Aleksander-Arnold (54), Dioqu Jota (84) vurublar.
Beləliklə, 19 turdan sonra “Liverpul” böyük xal fərqi ilə liderdir. Ehtiyatında bir oyunu olan Mersisayd təmsilçisinin 45 xalı var. Arne Slotun komandasının ən yaxın təqibçisi bir oyun çox oynamış “Nottingem Forest”dir (37 xal).
“Çəkicdöyənlər”in isə cəmi 23 xalı var. Komanda turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Onların ən yaxın təqibçisi isə “Mançester Yunayted”dir (22 xal).