"Liverpul" "Barselona"nın futbolçusu üçün 100 milyon avroluq rəsmi təklif göndərib

Futbol
  • 10 aprel, 2025
  • 14:56
Liverpul Barselonanın futbolçusu üçün 100 milyon avroluq rəsmi təklif göndərib
Ronald Arauxo

İngiltərənin "Liverpul" klubu uruqvaylı futbolçu Ronald Arauxo üçün İspaniya təmsilçisi "Barselona"ya 100 milyon avroluq rəsmi təklif göndərib.

"Report" xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Mersisayd təmsilçisi 26 yaşlı müdafiəçini yay transfer dönəmində heyətinə qatmaq niyyətindədir və onu müdafiə xəttini gücləndirmək üçün ideal namizəd kimi görür.

Yekun qərarı Kataloniya təmsilçisi verəcək.

Qeyd edək ki, 2018-ci ildən "Barselona"nın əvəzedici kollektivinə cəlb edilən oyunçu 2019-cu ildən əsas komandada çıxış edir.

Son xəbərlər

Bütün Xəbər Lenti