"Karvan-Yevlax"ın futbolçusu Azərbaycan çempionatında 200-cü oyununu keçirib
- 09 dekabr, 2025
- 11:43
"Karvan-Yevlax"ın futbolçusu Elvin Yunuszadə Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü oyununu keçirib.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçinin yubileyi Misli Premyer Liqasının XIV turuna təsadüf edib.
Elvin "Şamaxı" ilə ev matçına (0:3) start heyətində çıxıb. O, yubiley görüşündə 69 dəqiqə meydanda olub.
Yunuszadə 200 oyunda 8 qola imza atıb.
Müdafiəçi 7 fərqli klubda forma geyinib. Elvin "Neftçi"də 75 (1 qol), "Qarabağ"da 52 (3 qol), "Simurq"da 31 (2 qol), "Səbail"də 23 (2 qol), "Karvan-Yevlax"da 12, "Kəpəz"də 5, "Sabah"da 2 dəfə meydana çıxıb.
O, Azərbaycan çempionatları tarixində yüksək liqada 200 və daha çox matç keçirən 157-ci futbolçu olub. Elvin "200"ə cari mövsümdə çatan 3-cü oyunçudur. Daha əvvəl Filip Ozobiç və Elvin Bədəlov bunu bacarıb.