İtaliya A Seriyası: “Napoli” “Yuventus”u minimal hesabla yenib

İtaliya A Seriyası: “Napoli” “Yuventus”u minimal hesabla yenib İtaliya A Seriyasının 27-ci turu çərçivəsində Neapolun “Napoli” komandası Turinin “Yuventus”unu qəbul edib.
Futbol
4 Mart , 2024 02:29
İtaliya A Seriyası: “Napoli” “Yuventus”u minimal hesabla yenib

İtaliya A Seriyasının 27-ci turu çərçivəsində “Napoli” komandası Turin təmsilçisi “Yuventus”u qəbul edib.

“Report” xəbər verir ki, oyunu Mauritsio Marianinin başçılıq etdiyi hakimlər briqadası idarə edib.

Hesab ilk hissənin sonunda açılıb: 42-ci dəqiqədə Azərbaycan millisinin sabiq üzvü Badri Kvaratsxeliyanın oğlu Xviça fərqlənib. Birinci hissə ev sahiblərinin üstünlüyü ilə başa çatıb.

İkinci hissədə isə “qoca sinyora” Federiko Kyezanın qolu sayəsində hesabı bərabərləşdirsə də, cəmi 7 dəqiqə sonra – 88-ci dəqiqədə “mavilər”in hücumçusu Cakomo Raspadori penalti zərbəsi zamanı qapıçıdan qayıdan topu tora göndərərək yekun hesabı müəyyənləşdirib – 2:1.

Qeyd edək ki, 27 turdan sonra “Napoli” “Fiorentina”nı qabaqlayaraq 7-ci pilləyə yüksəlib. “Mavilər”in hesabında 43 xal var. “Yuventus” isə 57 xalla ikinci pillədə qərarlaşsa da, bu məğlubiyyətlə faktiki olaraq çempionluq şansını sıfıra endirib. 57 xala malik “qara-ağlar”ı lider “İnter”dən 12 xal ayırır. Bundan başqa, Milan təmsilçisinin ehtiyatında bir oyun da var. Milanın eyniadlı təmsilçisi isə 56 xall turinlilərin ən yaxın təqibçisidir.

Son xəbərlər

Orphus sistemi