İspaniya futbol çempionatının oyunu hava şəraitinə görə təxirə salınıb

Futbol
  • 04 mart, 2025
  • 04:21
İspaniya futbol çempionatının oyunu hava şəraitinə görə təxirə salınıb

Futbol üzrə İspaniya çempionatının XXVI turunun martın 3-də keçirilməsi nəzərdə tutulan “Vilyarreal” – “Espanyol” matçı hava şəraiti ilə əlaqədar təxirə salınıb.

"Report" xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Matçın yeni tarixi sonra açıqlanacaq. Görüşün keçirildiyi yerdə güclü yağış yağır.

“Hava ilə bağlı xəbərdarlıqlar və təhlükəsizlik tövsiyələrinə əməl olunduğu üçün XXVI turun “Vilyarreal” – “Espanyol” matçı təxirə salınıb”, - mətbuat xidmətindən bildirilib.

XXV turdan sonra 44 xalı olan "Vilyarreal" turnir cədvəlində 5-ci, "Espanyol" 27 xalla 15-ci yerdə qərarlaşıb.

Son xəbərlər

Bütün Xəbər Lenti