III MDB Oyunlarının futbol yarışında bürünc medalın sahibi müəyyənləşib - YENİLƏNİB
- 03 oktyabr, 2025
- 17:25
III MDB Oyunlarının futbol yarışında bürünc medalın sahibi müəyyənləşib.
"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, üçüncü yer uğrunda görüşdə Belarus və Tacikistan yığmaları qarşılaşıb.
Qəbələdə baş tutan görüş Belarus millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, futbol yarışına sabah yekun vurulacaq. Azərbaycan millisi finalda Rusiya ilə üz-üzə gələcək.
III MDB Oyunları çərçivəsində daha bir futbol matçı keçirilib.
"Report"un Qəbələyə ezam olunan əməkdaşının məlumatına görə, 5-ci yer uğunda matçda Özbəkistan və Qırğızıstan milliləri üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda baş tutan görüş Özbəkistanın 2:0 hesablı qələbəsi ilə nəticələnib.
Bu gün bürünc medal uğunda matçda Belarus və Tacikistan milliləri üz-üzə gələcək.
Qeyd edək ki, futbol yarışına oktyabrın 4-də yekun vurulacaq. Finalda Azərbaycan və Rusiya milliləri münasibətləri aydınlaşdıracaq.