Futbolda yeni qaydalar təsdiqlənərək, izah olundu

Futbolda yeni qaydalar təsdiqlənərək, izah olundu Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) yeni qərarlar çıxarıb
Futbol
246
5 Mart , 2021 17:08
Futbolda yeni qaydalar təsdiqlənərək, izah olundu

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) yeni qərarlar çıxarıb.

"Report"un məlumatına görə, İFAB oyun vaxtı beyin silkələnməsi baş verdikdə 4-cü əvəzetmənin sınağına başlayacağını açıqlayıb. Sınaq müddəti 2022-ci ilin avqustuna qədər qüvvədədir.

Oyunçuda beyin silkələnməsi şübhəsi olduqda əlavə əvəzetmə həyata keçirilə bilər. Hətta əvəzetmə limiti dolsa belə.

Qurum həmçinin əllə oyun qaydasının da izahatlarını verib. Əllə oyun zamanı qayda pozuntusu aşağıdakılardır:

1. Topa bilərəkdən əllə toxunma - məsələn, əlin bilək hissəsi topa hərəkət etdikdə

2. Topa əllə toxunma - Bədəni irəli verməklə topa əllə toxunma. Bu zaman hesab edilir ki, futbolçu bədənini qeyri-təbii olaraq böyüdür

3. Rəqib qapısına əllə qol vurma - Rəqib qapıçı belə əllə qol vurduqda, qeydə alınmayacaq

4. Top biləyə toxunduqda (təsadüfi olsa belə)

Bundan başqa aşağıdakı halda əllə oyun qayda pozuntusu sayılmayacaq:

Komanda yoldaşının qol vurması ilə nəticələnən əllə təsadüfi oyun qayda pozuntusu hesab edilməyəcək. Bu zaman hətta qeyri-ixtiyari toxunmalardan sonra əllə vurulmuş qollar hesaba alınmayacaq. Qaydalar iyulun 1-dən qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi