Çin Futbol Assosiasiyasında yarışlar departamentinin keçmiş direktoru Huanq Sonq həbs olunub.
"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki o, rüşvət aldığına görə 7 il azadlıqdan məhrum edilib.
Keçmiş direktor həmçinin 84 min dollar cərimələnib. Onun qanunsuz yolla əldə etdiyi vəsait və maddi sərvət müsadirə olunaraq dövlətin büdcəsinə köçürüləcək.
Xatırladaq ki, daha əvvəl Çin Futbol Assosiasiyasının keçmiş sədr müavini Li Yuyi də rüşvətxorluğa görə 11 il azadlıqdan məhrum edilib.