Braziliyada futbol matçında oyunçular arasında kütləvi dava düşüb

Futbol
  • 09 mart, 2026
  • 11:52
Braziliyada futbol matçında oyunçular arasında kütləvi dava düşüb

Braziliyada "Liga Mineyro" turnirinin final matçı qalmaqalla başa çatıb.

"Report" "CNN Brasil"ə istinadən xəbər verir ki, "Kruzeyro" ilə "Atletiko Mineyro" komandaları arasında keçirilən qarşılaşmanın son dəqiqələrində meydanda kütləvi dava düşüb.

İnsident oyunun bitməsinə təxminən 30 saniyə qalmış baş verib və buna görə matç təxminən 10 dəqiqə dayandırılıb.

Qarşıdurmada vaxtilə Braziliya millisində çıxış etmiş Halk da iştirak edib. O, "Kruzeyro"nun futbolçusu Lukas Romeroya arxadan yaxınlaşaraq yumruq zərbəsi endirib.

Gərgin keçən oyunda "Kruzeyro" minimal hesabla (1:0) qalib gəlib.

Bildirilir ki, dava ilə bağlı futbolçulara verilə biləcək cəzalar yalnız "Liga Mineyro" turnirinə şamil olunacaq. Bu səbəbdən Halk və digər qayda pozan oyunçular Braziliya çempionatının növbəti turunda oynaya biləcəklər.