Azərbaycanın futzal millisinin baş məşqçisi: İlkin hədəf Avropa çempionatına vəsiqə qazanmaqdır

Azərbaycanın futzal millisinin baş məşqçisi: İlkin hədəf Avropa çempionatına vəsiqə qazanmaqdır İlkin hədəf Avropa çempionatına vəsiqə qazanmaqdır.
Futbol
23 May , 2024 12:24
Azərbaycanın futzal millisinin baş məşqçisi: İlkin hədəf Avropa çempionatına vəsiqə qazanmaqdır

İlkin hədəf Avropa çempionatına vəsiqə qazanmaqdır.

Bunu "Report"a açıqlamasında Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisov AVRO-2026 ilə bağlı danışarkən deyib.

41 yaşlı mütəxəssis həlledici raundda iştirak etmək istədiklərini bildirib: "Amma bunun asan olmayacağını bilirik. Favorit komandalar I səbətdə yer alıblar. Bunlar Portuqaliya və İspaniya kollektivləridir. Hələlik çox fikir bildirmək istəmirəm. Püşkdən sonra ətraflı danışa bilərik. Amma əsas özümüz bu yarışa hazır olmalıyıq".

Qeyd edək ki, AVRO-2026-da seçmə mərhələnin püşkü mayın 30-da atılacaq. Azərbaycan millisi püşkatmada III səbətdə yer alacaq. 40 komanda (6 milli – Andorra, Avstriya, Bolqarıstan, Kipr, Malta və İsveçrə ilkin mərhələdən vəsiqə qazanıb) hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünəcək. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcəklər. İki matçın yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək. Final mərhələsində bu iştirakçılara meydan sahibləri – Latviya və Litva da qoşulacaq və 16 milli Avropa çempionu olmaq uğrunda mübarizəyə başlayacaq.

Son xəbərlər

Orphus sistemi