Azərbaycan millisinin futbolçusu Superliqada həftənin rəmzi komandasına düşüb

Futbol
  • 09 oktyabr, 2023
  • 09:52
Azərbaycan millisinin futbolçusu Superliqada həftənin rəmzi komandasına düşüb

"Hatayspor"da çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyə Superliqasında VIII turun rəmzi komandasına düşüb.

"Report" xəbər verir ki, 24 yaşlı hücumçu "SofaScore" nəşrinin versiyasına əsasən "11-liy"ə daxil edilib.

"SofaScore"yə görə həftənin rəmzi komandası

Qapıçı: Uğurcan Çakır ("Trabzonspor")

Müdafiəçilər: Uroş Radakoviç ("Ankaragücü"), Jerom Opoku ("Başakşehir"), Davinson Sançes ("Qalatasaray")

Yarımmüdafiəçilər: Gökcan Kaya ("Pendikspor"), Salih Uçan, Raşid Gezzal (hər ikisi "Beşiktaş"), Qarri Rodriges ("Ankaragücü")

Hücumçular: Renat Dadaşov ("Hatayspor"), Mauro İkardi ("Qalatasaray"), Edin Ceko ("Fənərbağça")

Qeyd edək ki, Renat Dadaşov "Konyaspor"a 3:1 hesabı ilə qalib gəldikləri oyunda iki qol vurub.

44 filmi