Azərbaycan I Liqasında çıxış edən klub növbəti mövsüm üçün lisenziya ala bilməyib

Futbol
  • 27 may, 2024
  • 10:49
Azərbaycan I Liqasında çıxış edən klub növbəti mövsüm üçün lisenziya ala bilməyib

"İrəvan" komandası növbəti mövsüm Azərbaycan I Liqasında iştirak etməyəcək.

"Report"un məlumatına görə, AFFA-nın Lisenziya Komissiyası sözügedən kluba 2024/2025 mövsümündə turnirdə iştirak üçün lisenziya verməyib.

Əvəzində II Liqada çempion olan “Baku Sportinq” yarışda mübarizə aparacaq. Paytaxt təmsilçi bunun üçün müvafiq lisenziyaya da sahib çıxıb.

44 filmi