Avstraliya yığmasının yeni baş məşqçisi müəyyənləşib

Avstraliya yığmasının yeni baş məşqçisi müəyyənləşib Avstraliya millisinin yeni baş məşqçisi müəyyənləşib.
Futbol
23 Sentyabr , 2024 12:54
Avstraliya yığmasının yeni baş məşqçisi müəyyənləşib

Avstraliya millisinin yeni baş məşqçisi müəyyənləşib.

"Report" komandanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu posta İngiltərənin “Kristal Pelas” klubunun sabiq futbolçusu Toni Popoviç təyin olunub.

Tərəflər arasında 2 illik müqavilə imzalanıb.

T.Popoviç bu vəzifədə 2018-ci ildən komandaya rəhbərlik edən Qrem Arnoldu əvəzləyib. Sabiq baş məşqçinin rəhbərliyi altında Avstraliya yığması DÇ-2022-nin 1/8 finalına qədər irəliləyib və burada Argentinaya uduzub.

Komanda DÇ-2026-nın seçmə mərhələsinin son iki oyununda Bəhreynə uduzub (0:1), İndoneziya ilə heç-heçə edib (0:0).

Qeyd edək ki, T.Popoviç 5 il “Kristal Pelas”da oynadıqdan sonra bu komandanın məşqçilər korpusunda yer alıb. Yunanıstan və Türkiyədə də çalışmış mütəxəssis 2021-2024-cü illərdə Avstraliyanın "Melburn" klubunun baş məşqçisi olub.

Son xəbərlər

Orphus sistemi