Avropa çempionatı: Azərbaycan millisi ikinci qələbəsini qazanıb

Futbol
  • 03 iyun, 2024
  • 16:05
Avropa çempionatı: Azərbaycan millisi ikinci qələbəsini qazanıb

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında növbəti oyununa çıxıb.

"Report"un məlumatına görə, İtaliya kollektivi ilə üz-üzə gələn yığma 2:1 hesabı ilə qələbə qazanıb.

Millinin heyətində 19-cu dəqiqədə Rəvan Kərimov, 45-ci dəqiqədə isə Mirmehdi Rzayev fərqlənib. İtaliyanın qoluna isə 18-ci dəqiqədə Vasçelo imza atıb.

Qeyd edək ki, Azərbaycan millisi dünən ilk matçında Belçikaya (3:0) qalib gəlib. İtaliya isə Fransaya uduzub - 1:3. Elşad Quliyevin yetirmələri iyunun 4-də Fransa ilə qarşılaşacaq.