Peskov: Putinin Uitkoff və Kuşnerlə yaxın vaxtlarda görüşəcəyinə ümid edirik

Digər ölkələr
  • 20 oktyabr, 2026
  • 13:59
Peskov: Putinin Uitkoff və Kuşnerlə yaxın vaxtlarda görüşəcəyinə ümid edirik
Dmitri Peskov

Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə yaxın vaxtlarda görüşünün keçirilməsi gözlənilir.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, danışıqların əsas mövzuları xüsusi elçilərin Ukrayna və Avropa tərəfləri ilə təmaslarının yekunları, eləcə də digər vacib məsələlər üzrə mövqe mübadiləsi olmalıdır.

"Ümid edirik ki, yaxın vaxtlarda görüş təşkil etmək mümkün olacaq və amerikalı nümayəndələr, o cümlədən cənab Uitkoff özlərinin həm ukraynalılar, həm də avropalılarla təmasları barədə Prezident Putinə məlumat verə, eləcə də Vaşinqtonla Moskva arasında bir sıra mühüm mövzular üzrə qarşılıqlı mesajların mübadiləsini davam etdirə biləcəklər", - mətbuat katibi deyib.

Peskov qeyd edib ki, bu cür görüşlər çox vacib hesab olunur:

"Onlar hər dəfə vaxtında baş tutur, çox məzmunludur və biz amerikalı müzakirəçilərin vasitəçilik səylərini yüksək qiymətləndiririk".

44 filmi