Ceyranbatanda ana və övladını maşın vurub

Hadisə
  • 20 oktyabr, 2026
  • 14:04
Ceyranbatanda ana və övladını maşın vurub

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində ana və övladını avtomobil vurub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Bakı-Quba yolunun qəsəbə ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, yolu keçmək istəyən ana və övladını "Hyundai Santa Fe" markalı minik maşını vurub. Onlar müxtəlif bədən xəsarətləri ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

44 filmi